Ölkədən qaçıb, Kanadaya sığındı, 7 uşağı yanğında öldü – Suriyalı ailənin dramı

Kanadanın Nova Skotia əyalətində suriyalı qaçqın ailəsinin yaşadığı evdə yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğın nəticəsində ailənin 7 uşağı həlak olub.

Onlardan birinin 3 aylıq olduğu bildirilir. Uşaqların valideynləri isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, ailə iki il əvvəl Kanadada sığınacaq alıb.

Faktla bağlı araşdırma aparılır.