Ölkəmizdə qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Yenicag.az xəbər verir ki, dekabrın 3-də qızılın qiyməti dekabrın 2-i ilə müqayisədə 2,516 manat artaraq 1 unsiya üçün 2483,819 manat təşkil edib.

Gümüş 0,0661 manat ucuzlaşaraq 1 unsiya üçün 28,7251 manata bərabər olub.

Platinin qiyməti 2,023 manat artaraq 1527,8665 manat, palladiumun qiyməti 23,188 manat artaraq 3155,591 manat təşkil edib. /trend.az/

COP29