!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəmizdə təhsil alan xarici tələbə: "Çində heç vaxt belə bir şey yaşana bilməz"

!Reklam – Yazi

Bildiyimiz kimi, hər il Azərbaycandan xarici ölkələrə xeyli tələbə axın edir. Lakin bunun əksi də baş verir. Ölkəmizdə təhsil alan başqa millətdən olan şəxslər də az deyil.

Bəs onların bizim ölkə ilə bağlı təəssüratları nələrdir? Təhsil sistemimizi bəyənirlərmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Bakı Dövlət Universitetində təhsil alan çinli tələbə Exo Çjan bildirib ki, Bakıya ilk gəldiyi zaman şəhərin arxitekturası onu valeh edib:

“Bakı çox gözəl şəhərdir. Qədim və həmçinin müasirdir. İnsanlar çox dostcanlı və qonaqpərəstdir. Məsələn, metroda bir qızla tanış oldum. Məni öz evinə yemək yeməyə dəvət etdi. Çində heç vaxt belə bir şey yaşana bilməz”.

Çjan təhsilimizlə bağlı da fikirlərini dilə gətirib:

“Müəllimlər və tələbələr mənə çox kömək edir. Buranın təhsil sistemi inkişaf etməyimə də kömək edir”.

O həmçinin qeyd edib ki, burada bəzi xəyal qırıqlıqları ilə də üzləşib:

“Bəzən uşaqlar və ya yaşlı insanlar mənə öz əşyalarını satmağa çalışırlar. Bunu necə həll edəcəyimi bilmirəm”.

Şahanə Paşa

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv