Ölkəmizə gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

İtaliyadan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində “Novator Farma” MMC-nin İtaliyadan idxal etdiyi “Gricar Chemical S.r.l” müəssisəsinin istehsalı olan, ümumi sayı 15 034 ədəd “Zeolimed, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (06.05.2024-06.05.2027-ci il istehsal və son istifadə tarixli, P119 partiya nömrəli) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.

COP29