Ölkəmizə gətirilən mobil telefonların sayı kəskin azalıb

47978Ölkəmizə gətirilən mobil telefonların sayı kəskin dərəcədə azalıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, 2015-ci il yanvar-iyun ayları ərzində Azərbaycana ümumi dəyəri 735,7 min dollar olan 13 419 mobil telefon və simsiz şəbəkələrdə işləyən başqa telefon aparatları idxal edilib.

Komitənin məlumatına əsasən, 2015-ci ilin birinci yarısının yekunlarına görə ölkəyə idxal olunan mobil telefonların sayı ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 67,4 faiz azalıb.