Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Ölkəmizə qarşı çirkin məqsədlər heç zaman reallaşa bilmir”

azayesas“Azərbaycan öz imkanları və yerləşdiyi coğrafi məkandan istifadə edərək digər birliklərlə əməkdaşlıq etməkdə tam sərbəstdir”.

Bu fikri Milli Məclisin deputatı Azay Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan dövlət olaraq suverendir, siyasi müstəqilliyinə və verdiyi qərarlara özü cavabdehdir.

A. Quliyevin sözlərinə görə, indiyə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət onu göstərir ki, Azərbaycan pafosun, yağlı və əsassız vədlərin arxasınca yox, milli maraqlarının qorunması arxasınca gedib.

O, deyib ki, bu gün Azərbaycan Prezidentinin düşünülmüş siyasəti, müstəqil həyata keçirdiyi layihələr, maraqlarına uyğun olan xarici və daxili siyasət ölkəmizi bütün bu bəlalardan, təlatümlərdən qoruyur:

“Prezidentimizin milli maraqlarımıza söykənən siyasəti xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də, müəyyən dairələrin ölkəmizə qarşı çirkin məqsədləri heç zaman reallaşa bilmir”(azadinform).

www.yenicag.az

335