Ölkəmizə qarşı psixoloji müharibə: “Azərbaycan İranın radikallarını susmağa məcbur etdi”

“Azərbaycan İranın radikallarını susmağa məcbur etdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycana qarşı aparılan informasiya və psixoloji müharibəni dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan İrana ərazisində başqa ölkənin bazasının olmadığını sübut edib.

“İnformasiya, psixoloji, xüsusi əməliyyat aparıldığının şahidiyik. Bir yalan məlumatı ortaya atırlar və insanlar bu yalanın ətrafında danışmağa başlayır. Misal üçün bildirdilər ki, İran Ermənistana 500 milyon dollarlıq silah satıb. Biri təkzib edir, biri təsdiq edir, biri sual verir, mövzu çeynənir. Ortada İran-Azərbaycan münasibətləri pisləşir.

ABŞ və İsrailin xüsusi xidmət orqanları məlumat yayıb ki, Pezeşkian SEPAH-a tapşırıq verib, İsraili yox, Azərbaycan və Gürcüstandakı İsrailin kəşfiyyat məntəqələrini vurun. Pezeşkian belə bir söz deməyib. Ancaq mətbuat orqanları, bəzi ekspertlər düşdülər ortaya. Mövzu yoxdur, ona görə də bu cür yalanlar üzərindən müzakirələr aparırlar”, – deyə o əlavə edib.

Politoloqun sözlərinə görə, İran 44 günlük müharibəmizdən sonra Azərbaycanın üzərinə gəldi ki, Qarabağda İsrailə hərbi baza vermisiniz.
“Azərbaycan tərəfi bunu çox təkzib etdi, ancaq İran tərəfi əl çəkmədi. Azərbaycan boğza yığıldı, İrana dedi ki, nümayəndə göndərin, gəlsin, barmağını hara qoysa, ora getsin. Gəldilər, xarabalığı gördülər, suları süzülə-süzülə getdilər. İndiki dövrdə gizləməli heç nə yoxdur. İndiki zamanda dronlar, peyklər uçur. Gizli bir şey yoxdur. Azərbaycan da İrana sübut etdi və İranın başdanxarab radikalları var, onlar susmağa məcbur oldular.

İndi də MOSSAD-ın Azərbaycandakı bazaları var deyirlər. Bunlar hamısı boş söhbətlərdir”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29