Ölkənin ən bahalı mənzili neçəyədir? – Şok qiymət

evRusiyanın paytaxtı Moskvada ən bahalı mənzilin qiyməti açıqlanıb.

Yeniçağ.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın mərkəzindəki “Moloçnıy” döngəsində yerləşən çox da böyük olmayan ikimərtəbəli evə 2,5 milyard rubl (41 milyon dollar) qiymət qoyulub.

Məlumata görə, 1000 kvadrat metr sahəyə malik olan mənzil 6 otaq və 50 metrlik mətbəxdən ibarətdir. Maraqlıdır ki, zərurət yarandıqda, mənzili 4 ayrı hissəyə də bölmək mümkündür. Mənzilin çardağının 1 kvadrat metrinin qiyməti 2,53 milyon (41 min dollar) rubldur. Bu məbləğə Moskva ətrafında birotaqlı mənzil almaq olar.

Yeniçağ.Az