!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölkənin islahatçı prezidenti və şil-küt hökuməti var” – Hafiz Hacıyev

!Reklam – Yazi

“Təkliflər versək də, hökumətdəki qocalar özlərini hamıdan ağıllı sayırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabinetinin kartof və soğanın ixrac rüsumunu artırmaq haqda qərarının cəmi bir neçə gün sonra ləğv edilməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyevin sözlərinə görə, ölkədə islahatçı hökumətin formalaşdırılmasına ehtiyac var:
“Mən dəfələrlə demişəm, komanda üzvlərinin əksəriyyəti səriştəsiz insanlardan ibarətdir. Həmin şəxslərin də ki Azərbaycan iqtisadiyyatından, kənd təsərrüfatından xəbərləri yoxdur. Onlar bu ölkəni fəlakətə aparırlar. Yəqin ki, millət belə şeyləri bundan sonra da çox görəcək.

Gecə yatırlar, yuxuda gördüklərini səhər tətbiq edirlər. Onlar millətin içinə çıxmayan, millətin necə dolandığını bilməyən, millətdən xəbəri olmayan adamlardır. Bütün bunlar komandanın səriştəsizliyindən irəli gəlir.

Bu, prezidentin ayağından çəkən, ona xəyanət edən komandadır. Belə bir komanda ilə nə cənab prezidentin işi yaxşı gedəcək, nə də ki xalqın güzəranı yaxşılaşacaq. Ona görə də, onlar bir gün əzgil-zoğala, başqa bir gün isə kartof-soğana qadağa qoyurlar. Onlar kəndlinin, fermerin vəziyyətini haradan bilsinlər?

Baxın, sahibkarlığın inkişafı ilə bağlı nə qədər fərmanlar verilib. Ancaq görün, Nazirlər Kabinetinin qərarları həmin fərmanlara uyğundurmu? Yox. Azərbaycanda üç manatlıq sement niyə yeddi manat olmalıdır? Sahibkar, fermer o sementi necə alsın? Monopoliyadır, imkan vermirlər, prezidentin iradəsinin əksinə gedirlər, xalqda da narazılıq yaranır.

Düşünürəm ki, islahatçı prezident bu hökumətlə heç yana gedə bilməz. Prezident özünə islahatçı komanda yığmalıdır, özünün verdiyi fərmanlara uyğun da addımlar atılmalıdır. Belə olduğu halda, ölkədə sabitlik yaranacaq. Olmasa, vəziyyət daha da pisləşəcək.

Rayon təşkilatlarımız bizə yerlərdəki vəziyyət haqqında məlumat verirlər. Cəlilabadda, Şəmkirdə, Tovuzda və başqa bölgələrdə fermerlərin etirazından məlumatlıyıq, təkliflərimizi də veririk. Ancaq hökumətdəki qocalar özlərini hamıdan ağıllı sayırlar. Lakin ağılları ortadadır, görürük. Kartofla soğanı ayırd edə bilmirlər…

Bütün bunlara nəzər salanda görürük ki, ölkədə islahatçı prezidentlə şil-küt hökumət var. Şil-küt hökumət isə heç vaxt bu işləri görə bilməz”.

A.Zeynalov

www.yenicag.az

4941
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv