Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ölkənin kiçilən MALİYYƏ DÖVRİYYƏSİ: İqtisadçıdan Mərkəzi Bankın hesabatına ŞƏRH

“Halbuki ötən ilin bu dövründə profisitin həcmi 1,6 milyard dollardan çox olub”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın 2020-ci ilin I rübü üzrə tədiyyə balansı ilə bağlı hesabatına münasibət bildirən iqtisadçı Samir Əliyev bildirib.

Samir Əliyevə görə, bu il ölkənin tədiyyə balansında kəsir yaranıb:

“Gözlənildiyi kimi, tədiyyə balansında kəsir yaranıb və kəsirin həcmi 1,3 milyard dollardan çox olub. Yanvar-mart aylarında kəsir son dəfə 2016-cı ildə (1,27 milyard dollar) qeydə alınmışdı. Həmin dövrdə də səbəb dünya bazarlarında neftin ucuzlaşması, kapital axınının artması və əhalinin dollar alışının artması olub.

Tədiyyə balansının əsas lokomotivi olan cari hesablar balansında müsbət saldo 646 milyon dollardan bir qədər çoxdur. Halbuki ötən ilin bu dövründə profisitin həcmi 1,6 milyard dollardan çox olub”.

İqtisadçı hesab edir ki, cari hesablar balansında vəziyyətin pisləşməsi neft gəlirlərinin azalması fonunda ixracın azalması və idxalın artmasıdır:

“Xarici ticarət balansının 2,5 milyard dollarlıq profisiti bu ilin I rübündə 1,8 milyard dollara düşüb. Xidmətlər balansının 500 milyon dollarlıq kəsiri 827 milyon dollara yüksəlib. Məsələn, ötən ilin müvafiq dövründə nəqliyyat xidmətlərində 18,6 milyon dollarlıq profisit olduğu halda, bu il 92 milyon dollarlıq kəsir yaranıb.

Tikinti xidmətlərində kəsir 50 milyon dollar, rabitə xidmətlərində 2 milyon dollar artıb. Turizm xidmətlərində kəsirin azalması da (32,6 milyon dollardan 14,4 milyon dollara) kömək edə bilməyib. İlkin gəlirlərin kəsirində təxminən 60 milyon dollar azalma qeydə alınıb. Ancaq təkrar gəlirlərin profisiti 133,4 milyon dollardan 56,5 milyon dollara düşüb”.

Maliyyə hesabında vəziyyətin daha çox pisləşdiyini vurğulayan Samir Əliyevə görə, 2019-cu ilin I rübündə kəsirin həcmi 215 milyon dollar olduğu halda, 2020-ci ilin analoji dövründə 1,4 milyard dollar yüksəlib:

“Bu ilin ilk rübündə ölkəyə gələn maliyyə kapitalının artıqlığı cəmisi 133 milyon dollara yaxın olub. Bu il ölkəyə gələn 452 milyon dollar həcmində neft bonusu da maliyyə hesabını xilas edə bilməyib. Buna səbəb digər investisiyalar adı altında ölkədən 457 milyon dolların çıxmasıdır.

Bunlara depozitlər, kreditlər və ssudalar, o cümlədən, ticarət kreditləri və sair daxildir. Halbuki bu maddələr üzrə ötən ilin müvafiq dövründə müsbət saldo qeydə alınıb. Diqqəti çəkən məqamlardan biri də Mərkəzi Bankın fiziki şəxslərin pul baratları barədə məlumatları açıqlamasıdır”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

750
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100