!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəyə gətirilən yeni arıqladıcı vasitə – Qıc edir, qan qusdurur və öldürür… (Araşdırma)

!Reklam – Yazi

pehriz11“Maye şabalıd” – arıqlatmaq əvəzinə yeni fırıldaqçılıq?

Azərbaycana mənşəyi və tərkibi bilinməyən arıqladıcı vasitələr gətirilməyə başlayıb.

“Maye şabalıd” adlı bu vasitələr internetdən sifariş edilir və tərkibi yoxlanılmadan, heç bir lisenziya verilmədən ölkəyə keçirilir.

Maraqlı tərəfi odur ki, dərmanın istifadə qaydası, istifadə müddəti və bu kimi zəruri məlumatların heç biri qablaşdırmanın üzərində qeyd olunmayıb.

Arıqladıcı vasitələrin əks-effektləri ilə bağlı dəfələrlə məlumatlar dərc olunsa da, bu vasitələrdən istifadə etməkdən hələ də çəkinməyən insanlar var. Onlar arıqlamanın ən asan yolunu axtararaq ən təhlükəli variantlara üz tutanlardır.

AzNews.az “Maye şabalıd” kimi vasitələrdən istifadə edərək arıqlamaq istəyənlərin sayının kifayət qədər olduğunu nəzərə alaraq bu vasitə ilə bağlı araşdırma aparıb.

Əvvəlcə onu qeyd edək ki, bu vasitə nə mayedir, nə də şabalıd. Vasitənin adı sadəcə marketoloqların fantaziyasından ibarətdir.

Qarışımın istehsalçısı barədə tam dəqiq məlumat yoxdur.

“Maye şabalıd” ticarət nişanının Rusiya, Ukrayna yaxud başqa bir ölkədə qeydiyyatdan keçməsi barədə də məlumatsızıq.

Bu səbəbdən arıqladıcı vasitənin özü və tərkibindəki maddələr barədə məlumat verəcəyik.

Əsas məsələ odur ki, “Maye şabalıd” arıqlamaq üçün tamamilə yararsız vasitədir. Bununla yanaşı, qarışım dozasından artıq istifadə olunduqda təhlükəli ola bilər. Hətta bu, ölümlə də nəticələnə bilər.

Buna baxmayaraq, preparat reklam olunur, ən təhlükəlisi isə kifayət qədər alıcısının olmasıdır.

“MAYE ŞABALID” NƏ ÜÇÜN İSTİFADƏ OLUNUR?

Bu vasitənin reklamlarına və anonslarına inansaq, istifadə edən insanlar 5-7 kiloqram arıqlayırlar. Guya, qarışım istilik gətirir və yağları əridir. Bundan əlavə iştahanı azaldır və s.

Və diqqət! – Preparat haqqında müxtəlif saytlarda məlumatlar yerləşdirilsə də, hər birində fərqlidir. Bir çox saytlarda qeyd olunur ki, preparat əks göstəricilərə malik deyil.

Məhz bu qeyddən çıxış edərək vasitənin tərkibindəki maddələri araşdırdıq.

“Maye şabalıd”ın tərkibi quarana, teofillin, teobromin və əlavələr, resin, saponin, amidlər, maqnezium, kalsium, kalium, B1-dən ibarətdir.

Yazılan tərkib “Dr. Duke`s Phytochemical and Ethnobotanical Databases” saytındakı guarananın tərkibi ilə üst-üstə düşür.

Buradan belə nəticəyə gələ bilərik ki, “Maye şabalıd” adı altında quaran tozu satılır.

Bəzi satıcılar iddia edirlər ki, “Şabalıd” ABŞ-da tamamilə təhlükəsiz preparat elan olunub. Lakin, ABŞ Ərzaq və Dərman Administrasiyasının saytında biz buna dair heç bir məlumata rast gəlmədik.

Əgər doğrudan da “maye şabalıd” adı altında quarana tozu satılırsa, bu məhsul ABŞ-da insan sağlamlığı üçün təhlükəsiz maddə statusu almayıb.

Həmçinin sözügedən administrasiyada quarananın hansısa müalicəvi xüsusiyyətləri barədə məlumat yoxdur.

BƏS HƏKİMLƏR NƏ DEYİRLƏR?

Tibbi resurslarda da “Maye şabalıd” barədə heç bir müsbət məlumat yazılmayıb. Tibb mütəxəssisləri, diyetoloqlar onu qəbul etməyi məsləhət görmürlər. Hətta onlardan bəziləri hesab edirlər ki, “Maye şabalıd” həyat üçün təhlükəlidir.

Araşdırma nəticəsində məlum oldu ki, bu preparat Rusiyanın Bioloji Aktiv Əlavələr Federal Reyestrində qeydiyyatdan keçməyib.

Deməli preparatın RF ərazisində yayılması qanunaziddir. Çünki bu tip preparatlar məcburi sertifikatlaşdırılmalıdır.

Məhsul Ukraynanın Xüsusi Pəhriz Qidaları, Funksional Qida Məhsulları və Dietik Əlavələr Dövlət Reyestrində də qeydiyyatdan keçməyib.

“MAYE ŞABALID”A DAİR RƏYLƏR

“Maye şabalıd” arıqlamaq istəyənlər arasında az populyardır (ümid edirik ki, belə də davam edəcək).

Satıcıların saytlarında rəylər bir mənalı şəkildə müsbət tərəfədir.

Lakin müstəqil saytlarda, rəylərin 100 faizi neytral və ya mənfidir. Bəzən rəylər arasında qarışımı istifadə etdikdən sonra sağlamlığında ciddi problemlər yaranmış şəxslərin rəylərinə də rast gəlmək mümkündür.

Preparatı istifadə edənlərin rəylərini ümumiləşdirdikdə belə qərara gəlmək olur ki, “Maye şabalıd”dan kifayət qədər istifadə etdikdə aşağıdakı kimi əks təsirlər müşayiət edilir: sistit, mədədə qıcqırma, iştahanın tam kəsilməsi, əzələlərdə titrəmə, ürəkbulanma, ürək döyüntülərinin artması, təzyiqin yüksəlməsi, şizofreniya xəstəliyinin ilkin göstəriciləri, başağrısı və yuxusuzluq.

Bütün bu göstəricilərdən sonra qarışımı qəbul etməkdə davam edən şəxslərdə həmçinin, qulaqlarda cingildəmə, əsəbilik, qıcolmalar, qusmalar (hərdən qanla), artemiya, epileptik tutmalar və s. də özünü göstərir.

BƏS BU ƏKS TƏSİRLƏRİN BAŞ VERMƏSİNİN SƏBƏBİ NƏDİR?

Araşdırmamız zamanı əks təsir yaradan səbəblərdən bəzilərini müəyyən edə bildik.

1.Yüksək doza. Preparatdan istifadə edən şəxs bilməlidir ki, b qarışım nə kapsula, nə də həbdir. “Maye şabalıd” tozdur. Ona görə də qədərindən artıq istifadə etdikdə dəhşətli təsirləri ola bilir. Həlimlər də bu variantın daha inandırıcı olduğunu düşünür.

2. Qarışımın keyfiyyətinin aşağı olması. Keyfiyyətsiz xammal, hazırlanma, saxlanma, daşınma zamanı texnologiyanın pozulması (bu vəziyyətdə hansısa texnologiyanın mövcudluğundan danışmaq gülünc görünər). Mütəxəssislər bu versiyanın inandırıcı olmadığını düşünürlər.

Bu qədər təhlükəli preparatın ölkəyə keçirilməsi, üstəlik lisenziyasız və yoxlanışsız şəkildə yayılması isə bəzi suallar yaradır.

Mövzunu davam etdirəcəyik…(Aznews).

www.yenicag.az

1907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv