Olland: “Fransada makronizmerası bitmək üzrədir”

“Fransada makronizm (Fransa prezidenti Emmanuel Makron – Qeyd) erası bitmək üzrədir”.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın keçmiş prezidenti Fransua Olland “Frans Press” agentliyinə müsahibəsində bildirib.

“Makronizm, əgər mövcud olubsa, artıq bitib”, – deyə o qeyd edib.

Sabiq prezident qeyd edib ki, Makronun mandatı bitməyib, lakin o, artıq növbəti seçkilərdə iştirak edə bilməyəcək: “Makron hakimiyyətə gələndə Fransa siyasətinin artıq sağ və sol arasında bölünməyəcəyini bəyan etmişdi. Artıq siyasətdə təcəssüm etdiyi dövr bitdi”.

2017-ci ildə son dərəcə aşağı reytinqinə görə ikinci müddətə namizəd olmaqdan imtina edən Olland böyük siyasətə qayıtmağa cəhd etmək niyyətindədir. O, əvvəllər Tul kommunasının deputatı və meri olduğu Korrez departamentində (mərkəzi Fransa) solçu “Yeni Xalq Cəbhəsi” alyansından növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.

Qeyd edək ki, iyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək./Report/

COP29