!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölməzdən öncə getməli olduğunuz 16 məkan

!Reklam – Yazi

235865

1. Daxştayn buzlağında yerləşən körpü, Avstriya

Alp dağlarında, Daxştayn buzlağında dünyanın ən yüksək körpülərindən biri yerləşir. Əlbəttə, səhhətinizdə problem varsa və dağları seyr edərkən başınız hərlənirsə, onda bu yer sizə görə deyil.

2. Namib səhrası Atlantik okeanı ilə qovuşur…

Namib səhrasında dünyanın ən yüksək və ən mənzərəli qumlu təpələrindən biri yerləşir. Bu qum təpələri Atlantik okeanının sahili boyunca uzanaraq sözün əsl mənasında möcüzəvi görüntü yaradır.

3. Skay adası, Şotlandiya

Skay adası öz təəccüblü coğrafiyası və vəhşi təbiəti ilə məşhurdur. O, əhalisi olmayan əsrarəngiz mənzərələri, Kulin dağları, qədim qalaları və şəffaf gölləri ilə diqqəti cəlb edir.

4. On iki Apostol, Avstraliya

On iki Apostol – Port-Kempbell Milli parkının sahilində yerləşən bir sıra əhəngdaşı qayasıdır. Bu qayalar okeanın minillik işi nəticəsində yaranıb.

5. Paqan, Myanma

Qədim Paqan şəhərində bir çox buddist məbədi və monastır yerləşir. Əvvəllər bu məbədlərdən 10000-i fəaliyyət göstərirdi, ancaq bu günümüzə qədər təxminən 2200 məbəd qalıb.

6. Pik Viktoriya, Honkonq

Honkonqdan qərbdə yerləşən Pik Viktoriya gecə şəhərinə rəngarəng görüntü açır. Bu, Honkonq adasının ən yüksək nöqtəsidir.

7. Ay körpüsü, Taybey, Tayvan

Ay körpüsü – Daxu şəhər parkının ən görməli yeridir. Alatoranlıq ətrafı bürüyərkən, körpünün əksi gölə düşərək əsrarəngiz güzgü landşaftı yaradır.

8. Duvrun ağ qayaları, İngiltərə

Məşhur “Tabaşir qayaları” Kent qraflığının sahilində yerləşir. Bu qayalar çoxdan dənizçilər üçün İngiltərənin sahillərinə yaxınlaşmanın simvolu kimi xidmət edirdilər. İngiltərə “Albion” (“albus” — “ağ”) Roma adına görə məhz ağ qayalara borcludur.

9. Troll dili, Norveç

Bu daş çıxıntısı dağ massivindən qayanın qopması nəticəsində yaranıb. O, göldən 350 metr hündürlükdə yerləşir. Bura qalxmaq asan məsələ deyil, çünki 12 km yol qət etmək lazım gələcək.

10. Korkovado dağı, Rio-de-Janeyro, Braziliya

Xilaskar İsanın məşhur heykəlinin qoyulduğu Korkovado dağının zirvəsindən, Rio-de-Janeyronun canlı rayonuna, həmçinin məşhur “Qənd Başı” dağına unikal mənzərə açılır.

11. Pasxa adasında günəşin doğması

Pasxa adası – Sakit okeanın ortasında itirilmiş səhra parçasıdır. Bütün dünyada o, sanki onun sirlərini saxlayan unikal daş heykəl-nəhəngləri ilə məşhurdur.

12. Melissani mağarası, Kefaloniya adası, Yunanıstan

Yunan mifologiyasına əsasən, nimfalar bu mağarada məskən salırdılar və insanları öz gözəllikləriylə ora tovlayırdılar. Amma indi ora heç kəsi tovlamağa ehtiyac da yoxdur. Bir çox üzgüçülər gün işığında açıq-göy çalarlı suyu öz gözləriylə görmək istəyirlər.

13. Fyatlabaksleyd, İslandiya

Bizim üçün ifadə olunmaz ada malik olan bu dağlıq cığırı yoxuşlu dağları dolaşaraq minilliklər əvvəl yaranmış Mirdalsyokudl buzlağından mənzərəli səyahəti özündə ehtiva edir.

14. Kilimancaro dağı, Tanzaniya, Afrika

Yükdaşıyanları, aşpazları və bələdçiləri nəzərə almamaq şərtilə, 40000 turist hər il Kilimancaro dağına qalxır. Buna həqiqətən dəyər.

15. İsveçrə Alpında “Kembriya” mehmanxanası

Mehmanxana İsveçrə Alpının mənzərəli dağlıq yerində yerləşir. Bu hovuz dünyada ən gözəl hovuzlardan biri hesab edilir.

16. Kezenoy-am gölü, Çeçenistan Respublikası, Rusiya

Əsrarəngiz gözəlliyi olan Kezenoy-am gölünü “Qafqazın mirvarisi” adlandırırlar. O, dəniz səviyyəsindən 1870 metr hündürlükdə yerləşir. Şimali Qafqazın ən böyük və dərin gölüdür.(qaynar.info)

www.yenicag.az

845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv