Ölmüş şəxsin imzasıyla mənzilini satdılar – Azərbaycanda

ev_menzil_bina07Azərbaycanda ölmüş şəxsin imzası və möhrü saxtalaşdırılmaqla mənzili satılıb.

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənizllərdən birini 19.000 manata satması müəyyən edilib.

Araşdırma aparılır.