Ölü dəniz daşdı, 9 nəfər öldü

İsraildə Ölü dəniz sahilində baş vermiş daşqın nəticəsində 10 nəfər itkin düşüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, onların hamısının tələbə olduğu bildirilir. Daşqın zonasında 25 nəfərdən ibarət turist qrupu olub.

Artıq itkin düşən israilli tələbələrin 9-nun cəsədi tapılıb. Digər 1 nəfərin da cəsədinin axtarışları davam edir.

Daşqınlara İsrail ərazisində iki gün ərzində yağan aramsız yağıntılar səbəb olub. Yağıntılar nəticəsində Ölü dənizə axan çayların səviyyəsi kəskin artıb.