!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm cəzası bərpa olunsunmu? – Şərh

!Reklam – Yazi

скачанные файлыƏliməmməd Nuriyev: “Ölüm cəzasının bərpası cinayətlərin azalmasına gətirib çıxarmır”

Son zamanlar, Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən olaylardan və qurumdakı müəyyən cinayətlərdə şübhəli blinərək bir çox yüksək rütbəli generalların həbsindən sonra, cəmiyyətdə belə fikirlər formalaşır ki, ölüm hökmü bəzi cinayət əməllərinə görə yenidən bərpa olunmalıdır.
Görəsən, ölüm hökmünün bərpa edilməsi mümkündürmü? Bu nə dərəcədə realdır?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında ölüm hökmünün bərpasını lazım bilmədi: “Hər kəs fərqli fikirlər söyləyə bilər. Bəzi qətillər elə bir formada həyata keçirilir ki, bu zaman adamın beyninə ilk olaraq onu törədənə münasibətdə ölüm hökmünün tətbiq olunması fikri gəlir. Bəzən çox ağır və dəhşətli qətllər baş verir. Bu baxımdan da cəmiyyətin psixoloji əhval-ruhiyyəsində ölüm hökmünün yenidən bərpa olunasl kimi fikirlər üstünlük təşkil etməyə başlayır. Amma şəxsi qənaətim odur ki, ölüm cəzasının bərpasına ehtiyac yoxdur. Ondan imtina etmişik. Yenidən onun bərpası insanlığa, bəşəriyyətə ziddir. Bu günlərdə bir cinayət hadisəsilə bağlı məhkəmə prosesi gedirdi. Az yaşlı uşaq rus əsilli şəxs tərəfindən həm zorlanmış, həm də amansızcasına qətlə yetirilmişdi. Belə hadisələri eşidəndə insanlar düşünür ki, onlara münasibətdə ölüm cəzası necə tətbiq olunmasın? Dövlət bilə-bilə necə insanı qətl edə bilər? Düşünürəm ki, burada həm mənəvi məsələ var, həm sırf insani məsələ var. Ölüm hökmünün bərpası nəyə gətirib çıxaracaq? Cinayətlərin sayını azaldacaqmı? Yox. Dünya praktikasında çox ölkələrdə ölüm cəzası ləğv edilib. İspaniyada isə ləğvdən sonra bərpa edilib və yenə də ləğv edildi. Çünki, həmin ölkədə ölüm cəzasının ləğvindən sonra qətl cinayətləri artdı. Bu isə insanlarda ona qarşı etiraz yaratdı və onlar təzədən ölüm cəzasının bərpası məsələsini referenduma çıxardılar. Lakin həmin cəzanın bərpası sonradan qətl hadisələrinin azalmasına gətirib çıxarmadı. Bu da onu göstərir ki, ölüm cəzasının bərpası həmin cinayətlərin azalmasına gətirib çıxarmır. Çoxsaylı sorğular, aparılan analizlər də bu nəticəyə gətirib çıxarıb. Yaşamaq hüququnun kim tərəfindən bəxş edilməsi məsələsi də vardır. Bu hüquq bizə Allah tərəfindən bəxş edilib. Onda niyə dövlət insanın yaşamaq hüququnu əlindən almalıdır? Dövlət nizamı tənzimləyən bir təsisatdır. Bu təsisat vasitəsilə insan həyatına son qoymaq düzgün deyil. Müharibə şəraiti istisna olmaqla, digər bütün hallarda dövlətin adından qətl hökmləri çıxarılmamalıdır. Düzdür, ilk baxışda qatı cinayətkara ölüm hökmünün verilməsi ədalətli görünə bilər. Amma onda həmin hökmü verən də qətl edir, eyni əməli törədir. Dövlət insanları həyatdan məhrum etməməli, əslində onları qorumalıdır. Hazırda tətbiq olunan ömürlük azadlıqdan məhrumetmə cəzası mühüm, nəticəsinə görə ölüm cəzasından da ağır bir cəzadır. Çünki bu halda daim insanı öz qətllərilə baş-başa buraxır. Belədə ömürlük həbs həmin cinayətkar insana daha çox təsir göstərə bilər”.

ELÇİN

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv