!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölüm cığırı” bərpa olundu – Təhlükəli anların VİDEOSU

!Reklam – Yazi

Məşhur “Hua Şan – ölüm cığırı”nda yenidənqurma işləri başa çatıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yenidənqurma işləri 33 gün davam edib.

Bildirilir ki, artıq Hua Şan dağına ekskursiya əvvəlki qədər təhlükəli deyil. Buna baxmayaraq, “Hua Şan – ölüm cığırı”nı yenə də tam güvənli və təhlükəsiz adlandırmaq olmaz.

Videogörüntüdən aydın olur ki, çinli işçilər heç bir narahatlıq keçirmədən öz işlərini görürlər.

Qeyd edək ki, Çinin ərazisində yerləşən Hua Şan daoizmin 5 müqəddəs dağından biridir. Dağ Şanxi bölgəsində Xyan şəhərinin yaxınlığında yerləşir. 5 zirvəyə malik olan dağın ən hündür zirvəsinin hündürlüyü 2130 m-dir. Dağın yamaclarının dik və sıldırım olmasına baxmayaraq, maraqlı, möcüzəli olduğuna görə dağlara yürüş edən insanların diqqət mərkəzindədir. Dağa çıxan yolda daos monastrları, məbədlər, körpülər və dar keçidlər var.

www.yenicag.az

2332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv