!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm hökmü bərpa olsun, olmasın?

!Reklam – Yazi

idam_173348614Müzəffət Baxışov: “Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmadığından belə dövlətlərdə ölüm cəzasının bərpası daha çox təhlükəlidir”

“Polisə Dəstək” İctimai Birliyinin sədri, keçmiş polis polkovniki Şəmsəddin Əliyev mətbuata açıqlamasında ölüm hökmünün bərpasının mütləq olduğu qənaətinə gəldiyini bildirib. Açıqlamasında belə bir fikir ifadə edib: “Ölüm hökmü sanki cəmiyyət üçün alaq otlarına qarşı mübarizənin ən mühüm “dərman” vasitələrindən biridir. O bunu son zamanlar cinayətlərin artması ilə əlaqələndirib.

Görəsən, hüquqşünaslar bununla bağlı nə düşünürlər, ölüm hökmünün bərpası labüddürmü?
“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov Yenicag.az-a açıqlamasında ölüm cəzasının bərpasının tərəfdarı olmadığını bildirdi: “Ümumiyyətlə, ölüm cəzası çox ağır bir cəzadır. Bir sıra ölkələrdə, hətta ABŞ-ın 33 ştatında ölüm cəzası tətbiq olunur. Bəşəriyyət indiki inkişaf dövründə ölüm cəzasının tətbiqinə birmənalı olaraq qarşı çıxmalıdır. Çünki bəşər tarixi sübut edib ki, cəzanın sərtləşdirilməsilə cinayətlərin qarşısını almaq mümkün deyil. Hətta sovetlər dövründə sosialist əmlakının oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 88.d.1 maddəsinə görə ölüm hökmü tətbiq olunurdu. Lakin bu cəzanın tətbiqinə baxmayaraq sosialist əmlakının talan edilməsinin qarşısını almaq mümkün olmadı. Hətta həmin oğrular Azərbaycanda öz fəaliyyətlərini indi də davam etdirir. Belə bir fikir var ki, insana həyatı Allah veribsə, ancaq Allah da o həyatı ondan ala bilər. Cəza ilə cinayətlərin qarşısını almaq mümkünsüzdür. Ölüm cəzası ilə cinayətlərin qarşısını almaq mümkün olsaydı, məntiqlə ölüm cəzasının verildiyi cinayətlər olmamalı idi. Yəni bu məntiqlə cəzanı labüd edən cinayəti şəxs törətməməlidir. Amma törədirlər. Bö nöqteyi-nəzərdən ölüm cəzasının bərpa edilməsi qeyri-mümkündür. Xüsusilə də Azərbaycan kimi dövlətlərdə. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmadığından belə dövlətlərdə ölüm cəzasının bərpası daha çox təhlükəlidir. Tam məsuliyyətlə bildirirəm, ölkədə elə hakimlər var ki, onlar qanun və hüquq anlayışlarını bir-birindən ayıra bilmir. Təsəvvür edin ki, qəsdən adam öldürməyə görə ölüm cəzası bərpa olunur və hakim bu işə baxır. O hakim heç bir real araşdırma aparmadan o şəxs barədə ölüm cəzası tətbiq edəcək və sonra da deyəcəklər ki, hakim səhvi olub. Düşünürəm ki, ölüm cəzasının barpasının labüdlüyü haqqında verilən bəyanatların heç bir hüquqi əsası yoxdur. Azərbaycan milləti cinayətkarlara qarşı mübarizə aparmaq istəyirsə, bu istiqamətdə profilaktikanı gücləndirməli, polisləri cinayətlərin qarşısını almağa yönəltməlidir. Güc strukturlarının gücündən təyinatına uyğun istifadə etmək lazımdır. Bu hal baş verərsə, Azərbaycanda bir sıra ağır cinayətlərin qarşısını almaq mümkün olacaq. Çünki bizim insanlar qanunu icra etməyə meyllidir. Amma görəndə ki, vəzifəli şəxsin övladı qanunsuzluğa yol versə də, ona qarşı hər hansı cəza tədbiri görülmür, o da başlayır həmin qanunsuzluqlara yol verməyə. Ölkədə hüquqi dövlət quruculuğunu gücləndirməliyik. Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzası var və bu cəza ölüm cəzasından da daha sərtdir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ölüm hökmünün bərpa edilməsi haqqında verilən bəyanatlar doğru deyil”.

ELÇİN

www.yenicag.az

1006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv