!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ölüm rəqsi" başladı: tarixi körpüdə "intihar"

!Reklam – Yazi

Türkiyənin Ardahan şəhərində heyrətamiz təbiət hadisəsi baş verib.

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hər il avqust ayının ikinci həftəsində şəhərdə yerləşən qədim Halil Əfəndi körpüsünə milyonlarla ağ kəpənək toplaşaraq, oradakı işıqların ətrafında rəqs edir və sonra ölürlər. Bu gecə də həmin nadir təbiət hadisəsi baş verdi. Şahidlərin sözlərinə görə, bu “intihar” 3 gün davam edir. Kür çayı üzərində uçuşaraq, körpünün üstündəki işıqlara doğru istiqamət alan ağ kəpənəklər orada “ölüm rəqsi” edərək, tələf olurlar.

Bu gecə də kəpənəklərin bu görüntüsü böyük maraqla izləndi. Ölmüş kəpənəklər körpünün üstünə yağan qara bənzədi. Yerli sakinlərin sözlərinə görə, hər il ağ kəpənəklər payızın gəlişini beləcə xəbər verir və vida rəqsi ilə can verirlər.

Yenicag.az

www.yenicag.az

1163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv