!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölüm tarixini göstərən saat (VİDEO)

!Reklam – Yazi

saatYaxın zamanda Tikker adlı çox maraqlı və qeyri-adi qol saatları satışa çıxacaq.

Belə ki, bu qol saatı öz sahibinin güman olunan ölüm vaxtını əks etdirəcək. Saat yaradıcılarının sözlərinə əsasən cihazın iş prinsipi, sahibinə hər zaman həyatın çox qısa olduğunu və qəzəbə, zərərli vərdişlərə, qəmginliyə və s. kimi xüsusiyyətlərə fikir verməməyi yadına salacaq. İstifadəçinin güman olunan ölüm vaxtı isə dəqiq anketləşdirmə vasitəsilə təyin olunacaq. Anketləşdirmədən sonra isə saatın ekranında ölüm vaxtının əks etdirəcək illər, aylar, günlər və saatlar göstəriləcək. Tikker-in korpusu, sudan qorunma funksiyasına sahib olsa da onunla tamamilə suya daxil olmaq məsləhət görülmür. Cihazın batareyasındakı enerji tutumu 2-3 ilə kimi yetərli olacaq. Qeyd etmək lazımdır ki, saatın batareyasını dəyişən zaman vaxt göstəriciləri dayanmayacaq. Tikker-in hazırlanıb satışa çıxması üçün vəsait, Kickstarter platforması vasitəsilə yığılıb. Yaradıcılar lazım olan 25.000$ əvəzinə artıq 60.000$ əldə ediblər. Saatın qiyməti isə 40$ təşkil edəcək.

Yenicag.az

www.yenicag.az

727
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv