Müğənni, aktyor və rejissor Mahsun Qırmızıgül sosial media hesabından “Mahsun Qırmızıgül öldü” başlıqlı xəbərə üsyan edib.
Yenicag.az xəbər verir ki, bu barədə sənətçi özü İnstaqram hesabında paylaşım edib.
“Sadəcə, İP toplamaq üçün sosial mediada ölüm ilə bağlı xəbər vermək həqiqətən ayıbdır. Dostlar, mən sağam və sağlamam. Gələn cümə günü də səhnəyə çıxacağam”, – deyə M.Qırmızıgül bildirib./Kult.az