Ölüm xəbəri yayılan Musa Yaqub: “Sağ-salamatam”

Xalq şairi Musa Yaqubun vəfatı ilə bağlı yayılan xəbərlər yanlışdır.

Şairlə əlaqə saxladıq. Telefonuna özü cavab verdi. O, “Hər şey yaxşıdır. İsmayıllıda Buynuz kəndindəyəm. Sizi də dəvət edirəm” sözlərini dedi.

Musa Yaqubun gəlini də Yenicag.az-a açıqlamasında bildirib ki, belə xəbərləri yaymaq lazım deyil: “Hər şey yaxşıdır, hər şey qaydasındadır. Belə xəbərlər yaymasınlar. Musa Yaquba pis təsir edər”.

Qeyd edək ki, xalq şairinin vəfat etməsi barədə bu gün mətbuatda xəbərlər yayılıb.

Cəvahir