!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ölüm xəbərini eşidəndə....” - Məşhur aktrisanın SON FOTOSU

!Reklam – Yazi

“Teatr onun evi, ürəyi idi, heç vaxt teatrdan ayrıla bilmədi. Hətta ağır xəstə olduğu vaxtlarda belə…”

Bu sözləri Əməkdar artsit Mehriban Ağakişiyeva Dövlət Gənc Tamaşaçılar Teatrının mərhum aktrisası, Əməkdar artist Almaz Mustafayevanın dogum günü ilə bağlı xatirələrini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

“Yaşasaydı, 75 yaşı tamam olacaqdı. Almaz xanım yaddışımda gözəl insan, istedadlı aktrisa kimi qalıb. Onunla çox yaxın olmuşuq. Tez-tez bizə gələrdi, biz onlara gedərdik. Mən teatra təzə gəldiyim vaxtlarda o aparıcı aktrisa idi. O xoşbəxtlk mənə nəsib olub, onunla bir neçə tamaşada bərabər oynmamışıq. Gülərüz, şən, pozitiv insan idi. Onun yeri hər zaman teatrımızda görünür. İnsan xatırlandıqca yaşayır. Hər dəfə onu yada salırıq, xatirələrini yad edirik.

“Ömrünün son günlərinə qədər tetardan ayrılmadı. Hətta 70 illik yubileyini də qeyd etdi. Sonuncu dəfə onu həmin tədbirdə gördüm. Ondan sonra pandemiya düşdü, teatra gedib-gəlmədik. Onun ölüm xəbərini eşidəndə sarsıldım. Teatr onun evi, ürəyi idi, heç vaxt teatrdan ayrıla bilmədi. Hətta ağır xəstə olduğu vaxtlarda belə… Sonuncu dəfə onunla çəkdirdiymiz şəklə baxanda göz yaşlarımı saxlaya bilmirəm. Xeyli arıqlamışdı”.

Cəvahir

COP29

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv