!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölüm xəbərini Fuad Poladovdan gizlətdilər

!Reklam – Yazi

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti, tanınmış aktyor Fuad Poladovun səhhətində irəliləyiş yoxdur.

Aktyorun fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev onun səhhəti ilə bağlı Yenicag.az-a bu barədə məlumat verib:

“Fuad Poladov 20 ildən artıqdır ki, bu teatrda fəaliyyət göstərir. Xəstəliyi ilə əlaqədar bir müddətdir ki, teatra gələ bilmir. Onun tamaşalarda ifa etdiyi rollarını heç kim əvəzləmir. Xəstəliklə bağlı müəyyən prosedurlar keçir. Hamımız onun sağalacağı günü gözləyirik. Ağır xəstəlikdir, həkimlər əlindən gələni edir, dua edirik ki, sağalsın, yenidən teatrımıza qayıdıb tamaşalarda oynasın”.

Direktor onunla görüşmək istədiklərini, lakin aktyorun buna razılıq vermədiyini bildirib:

“Biz dəfələrlə Fuad Poladovla görüşmək, ona baş çəkmək istəmişik, o etiraz edib. Çünki fərqli xarakterə malik insandır. Əlbəttə, onu başa düşürük, bu vəziyyətdə bizimlə görüşmək istəmir. Martın 27-si telefon vasitəsilə onunla danışdıq. Danışarkən çətinlik çəkirdi. Hətta, mən ondan teatrımızda uzun illər çalışan xalq artisti Yuri Baliyevin ölüm xəbərini gizlətdim. Çünki bu xəbər onu sarsıda bilərdi. İstəmədik hazırki vəziyyətdə onun halını daha da pisləşdirək”.

Cəvahir

www.yenicag.az

3318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv