Ölümcül virus qayıdır – “Ebola”dan daha 2 nəfər öldü – VİDEO

Təhlükəli “Ebola” virusu “qara qitə”də sürətlə yayılmaqdadır.

Yenicag.az “Euronews”a istinadən xəbər verir ki, Uqandada təkrar vüsət alan “Ebola” virusu 2 nəfərin həyatına son qoyub. Ölənlərdən biri 5 yaşlı uşaq, digəri isə onun nənəsi olub. Virusa yoluxmaq ehtimalı yüksək olan çox sayda azyaşlı artıq xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, “Ebola” virusu Konqoda artıq 2 min nəfərin ölümünə səbəb olub.