“Ölümdən sonra yaşam yoxdur”.
Yenicag.az “İndependent”ə istinadən xəbər verir ki, belə bir açıqlamayla Koliforniya texniki universitetinin professoru Şon Kerroll çıxış edib. O həmçinin insanları bu faktı qəbul etməyə çağırıb.
Alimin sözlərinə görə, fizikanın fundamental qanunları axirət həyatını inkar edir. Belə ki, əgər ölümdən sonra yaşam ideyasına əsaslansaq, o zaman insanın şüuru bədənindən ayrılmalıdır.
Lakin şüur atomlardan ibarətdir. Fizika qanunlarına əsasən, bədənin ölümündən sonra insan beynindən hər hansı məlumatın qorunub saxlanılması mümkün deyil.