!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölümə aparan bəladan XİLAS YOLU - "Yeni mexanizmlərlə işləyən metodlar tətbiq olunmalıdır" - SOSİOLOQ

!Reklam – Yazi
“Narkomarketlər üzərində nəzarət üçün yeni mexanizmlərlə işləyən müdaxilə metodları, həmçinin yeni qanunlar icad edilməlidir”.

Bunu narkotik vasitələrin onlayn satışı fonunda mövcud təhlükəli situasiya ilə bağlı mübarizə metodlarına toxunan Frankfurt Tətbiqi Elmlər Universitetinin elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, tədqiqatçı Aysel Sultan Yenicag.az-a açıqlamasında deyib.

Aysel Sultana görə, narkotik vasitələrin onlayn satışı ilə əsasən müəyyən kompyuter və internet savadı olan şəxslər məşğul olurlar. Bu şəxsləri aşkarlayıb üzə çıxarmaq isə çətindir:

“Ümumiyyətlə, onlayn narkomarketlər həm yeni, həm də xeyli mürəkkəb fenomendir. Onlayn narkomarketlər son illərdə dünyanın bir çox inkişaf etmiş ölkələrində tədqiqatçıları və hüquq mühafizə orqanlarını, həmçinin siyasi qurumları narahat etməkdədir. Demək olmaz ki, onlayn narkomarketlərə xüsusi icazə var, bu, heç bir yerdə təsdiqlənmiş fakt deyil. Yalnız biz bilirik ki, onlayn narkomarketlər ilk öncə “darkweb/darknet“ kimi billinən qara internetdə mövcud idi. Bu növ internetə adi işlədiyimiz brauzerlərlə daxil olmaq olmur. Həmin illeqal internet bazarında çoxdan möhkəmlənmiş satış məntəqələri və onların da öz müştərilər var. Bu növ xidmətlərdən istifadə edən şəxslər əksərən müəyyən kompyuter və internet savadına məxsus şəxslərdir. Onların da əsas hissəsi asılılıqdan əziyyət çəkməyən insanlardır. Bu cür narkomarketlərin açıqda olması onları məcbur edir ki, daha çevik mexanizmlərlə işləsinlər. Onların üzərində nəzarət üçün yeni mexanizmlərlə işləyən müdaxilə metodları, həmçinin yeni qanunlar icad edilməlidir”.

Narkotik vasitələrin satışının tək Azərbaycan deyil, ümumilikdə əksər dünya ölkələrində də ciddi problem olduğunu nəzərə alsaq, sosioloq mübarizə metodu kimi beynəlxalq səviyyədə yeni qanunların qəbul edilməsinin vacib olduğunu hesab edir:

“Sosial şəbəkələrin özlərinin təklif etdiyi “internet/web” analiz metodları var ki, onların vasitəsilə sosial şəbəkələrdə narkotik satışını aşkar etmək mümkündür. Yalnız klassik “küçə qara bazar“ından fərqli olaraq, onlayn narkometləri idarə edən şəxslər daha tez gözdən itə bilər, platformaları və istifadə olunan texnoloji alətləri dəyişə bilərlər. Bu isə onların izlənməsini mürəkkəbləşdirir. Bu baxımdan Avropa Monitorinq Mərkəzi bildirir ki, məhz sosial mediada yayılan narkomarketlərin istifadəçilər, xüsusilə də yeniyetmələr üzərində təsirini öyrənmək üçün daha çox tədqiqatların aparılmasına ehtiyac var. Belə ki, bu yeni fenomenin araşdırılması üçün metodlar hələ tam inkişaf etməyib. Yalnız güclü tədqiqatların nəticəsində ölkələr, beynəlxalq konvensiyalar yeni qanunlar və effektiv müdaxilə yollarını təsdiqləyə, qüvvəyə mindirə bilərlər”.

Gülşən Şərif

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv