Ölümlə hədələndiyi deyilən Rəşad Dağlı: “Heç kim məni məcbur edə bilməz ki…” – VİDEO

“Mən təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə könüllü, ürəyim istəyib, açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın”.

Yenicag.az xəbər verir ki, bunu videoaçıqlamasında meyxanaçı Rəşad Dağlı sosial şəbəkələrdə onun ölümlə hədələndiyi üçün məcburən üzr istəməsi barədə yayılan xəbərlərə cavab olaraq deyib.

O həmin məsələyə aydınlıq gətirib.

Xatırladaq ki, Rəşad Masallıda həmkarı ilə dəyişmə zamanı “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” ifadəsinə görə üzr istəyib.

Videonu təqdim edirik:

Cəvahir