Ölümü ilə dünyanı kədərə qərq edən azyaşlı Aylan və Qalib qardaşlarının həyat hekayəsi ürəkləri sızladır.
Yenicag.az xəbər verir ki, 12 nəfərin həyatını itirdiyi Bodrumdakı gəmi qəzasında Aylan və Qalib qardaşlarının da cəsətləri var idi. Cansız bədəni sahildə tapılan Aylan və qardaşının gülümsəyən fotosu hər kəsi dərindən sarsıdıb.
Qeyd edək ki, Qalibin cansız bədəni isə bir neçə saat sonra dənizdə tapılıb. Aylan və Qalibin ailələri 5 ilə yaxındır ki, Suriyada gedən daxili müharibələr səbəbindən Avropaya mühacirət etmək istəyib.
Digər tərəfdən adıçəkilən qardaşların xoşbəxt günlərindən qalan fotosu sosial şəbəkələrdə sürətlə paylaşılıb.