Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ölünü diriltdilər - 4 saat sonra - Təhlükəli eksperiment

Fransa universitetinin alimləri təhlükəli eksperiment həyata keçiriblər.

Yenicag.az xəbər verir ki, onlar öldükdən bir neçə saat sonra donuzların beyinlərində olan əsas hüceyrələrin aktivliyini bərpa etməyə nail olublar. Alimlərin sözlərinə görə, analoji yolla insult və beyin travmasından əziyyət çəkən insanları xilas etmək mümkün olacaq.

Ekspertlər bildirirlər ki, hələlik ölünün dirildilməsindən söhbət gedə bilməz. Amma “beyin ölüm”ünün qarşısını bu yolla almaq mümkün olacaq.

İndiyə qədər beyin aktivliyinin ilk bir neçə saniyə ərzində bərpa etmək və beyinin oksigenlə təhcizatını təmin etməyin həyat üçün vacib olduğu düşünülürdü. Amma alimlər donuzlarda beyin hüceyrələrinin aktivliyini və metabolizmini 4 saatdan sonra bərpa etməyə nail olublar.

Bu beyinə xüsusi kimyəvi məhlulun yeridilməsi sayəsində baş tutub.

www.yenicag.az

12792