Ombudsman şəhid jurnalistlərin ailələrini ziyarət etdi

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun ailələrini ziyarət edib.

Bu barədə Yenicag.az-a Ombudsman Aparatından bildirilib.

S.Əliyeva həlak olanların ailələrinə başsağlığı verib və səbir diləyib.