Ombudsman sənədsiz evlərdən DANIŞDI

“Ötən əsrin ortalarından etibarən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə, o cümlədən keçmiş birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş, habelə bələdiyyələr tərəfindən fərdi tikinti üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin dövlət qeydiyyatına alınması problemi də öz həllini tapmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva 2023-cü il üzrə məruzəsini təqdim edərkən deyib.

“Qeydiyyat probleminin həlli məqsədilə yaşayış yeri olmayan vətəndaşların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsindən sonra yaranan riskli hallar nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq sərəncamına dəyişikliklər edilməsi də olduqca vacibdir”, – deyə ombudsman bildirib./unikal

COP29