!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Omikron" variantının TƏHLÜKƏLƏRİ: "Dünya sərt karantindən bezib"

!Reklam – Yazi

“İndiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil”.

Yenicag.az xəbər verir ki, bunu koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi fonunda cəmiyyətdə yaranan ajiotaja münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, ABŞ və bir sıra inkişaf etmiş ölkələr “Omikron” variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər:

“Yeni variant bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Dünyanın üçüncü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiqetmə niyyətindədir. İsrail iki həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı. “Omikron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin başladı. Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda “Brent” markalı neftin 1 barelinin qiyməti 75 dollardan baha satılır. “Omirkon” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlidilər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də, ölkələr “lock down” qərarları ehtiyatla qəbul edilir”.

Qeyd olunan yeni variantın ölkəmizə təsirlərinə də toxunan Vüqar Bayramov qeyd edib ki, sərt karantin rejiminin yenidən tətbiq olunması məqsədəuyğun olmaz:

“Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, “Omikron” variantının təsirləri və yayılma coğrafiyası, eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv