!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Omikron”a görə turistlərin üzünə bağlanan ÖLKƏLƏR – SİYAHI

!Reklam – Yazi

COVID-19-un yeni “Omikron” ştammının yayılması ilə əlaqədar bəzi ölkələrə turist səfərləri dayandırılıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın tur-operatorları “Omikron” səbəbindən turist səfərlərini qadağan edən ölkələrin siyahısını açıqlayıb.

Məlumata görə, İsrail, Yaponiya və Mərakeş ölkəyə turist səfərlərini tamamilə məhdudlaşdırıb.

Lakin o da qeyd olunur ki, İsrail və Yaponiya “Omikron”un aşkarlanmasına qədər də rusiyalı turistlərin üzünə bağlı idi. Mərakeş isə Rusiya ilə birbaşa aviareysləri oktyabrın 5-dən dayandırıb.

Məhdudiyyətlər əsasən, Cənubi Afrika ölkələrinə səyahət etmiş turistlərə şamil olunur. Anqola, Avstraliya, Braziliya, Honkonq, Almaniya, Misir, İndineziya, İtaliya, Qazaxıstan, kanada, Cənubi Kipr, Küveyt, Maldiv, Malta, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Fransa və Şri-Lanka bu kateqoriyadan olan turistlərin səfərinə qadağa tətbiq edib.

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv