“Omikron”un bu növü Yaponiyada da aşkarlandı – İlk dəfə

Yaponiyada koronavirusun omikron ştamının XE alt növünə ilk yoluxma faktı qeydə alınıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yoluxma martın sonunda ABŞ-dan qayıtmış 30 yaşlı qadında aşkar edilib.

Qeyd edək ki, “omikron”un XE alt növü rekombinant ştam hesab olunur, BA.1 və BA.2 alt növlərinin hibrididir.

XE ştamı ilk dəfə 2022-ci il yanvarın 19-da Böyük Britaniyada üzə çıxıb.