Hansı idman növünün ömrü uzatdığı müəyyən edilib.
Yenicag.az e-tibb.az-a istinadən xəbər verir ki, ABŞ alimləri bununla bağlı araşdırma aparıblar. Onlar hesab edir ki, mütəmadi olaraq üzgüçülüklə məşğul olmaq ömrü uzadır, bu idman qaçış və gəzməkdən daha yaxşı nəticələr göstərir.
Tədqiqatçılar 32 il ərzində 20-90 yaş arasında 40 min nəfəri müşahidə edəndən sonra bu qənaətə gəliblər. Üzgüçülərin ölüm riskinin idman və ya gəzinti həvəskarlarına nisbətən 50% aşağı olduğu deyilir.
Alimlər hətta bildiriblər ki, üzgüçülərin qaçışla məşğul olanlara nisbətən statistik cəhətdən daha aşağı ölüm faizinə malik olduğuna təəccübləniblər.
Üzgüçülük piyada gəzməkdən də daha faydalı sayılır.
Bu, ürək-damar sisteminin fiziki fəaliyyətə tab gətirmə qabiliyyəti olan kardiorespirator dözümlülüyünü artırır. Bundan əlavə, üzgüçülük, qaçışdan fərqli olaraq, aşağı oynaqlara güc salmır və aşağı ətraf xəstəliklərindən əziyyət çəkənlər üçün də məsləhət görülür.
Harvard Universitetinin alimləri isə üzgüçülüyü “mükəmməl məşq” adlandırıb. Bu hətta artrit xəstəliyindən əziyyət çəkənlər üçün də faydalıdır. Üzgüçülük habelə psixoloji vəziyyəti qaydaya salmaq, əhval-ruhiyyəni yüksəltmək üçün də tövsiyə olunur.