!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ömürlük həbs cəzasına məhkum edilmiş müsəlmanları çoxdan güllələyərdilər” - Rusiyalı vəkil

!Reklam – Yazi

“Müstəqil məhkəmə-hüquq sisteminin olmadığı Rusiyada ölüm hökmünün ləğvi doğru addım idi”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində rusiyalı hüquqşünas, tanınmış vəkil Daqir Xsavov deyib.

Vəkilin sözlərinə görə, Rusiyada ölüm cəzasının bərpası ilk növbədə müsəlmanlara ziyan vuracaq:

“Hətta Rusiya Ali Məhkəməsinin hesabatında da əhalinin ölkə məhkəmələrinə etimad səviyyəsinin çox aşağı olduğu etiraf edilir. Özünüz baxın, əgər məhkəmələrdə bəraət hökmləri cəmi bir faiz təşkil edirsə, hansı etimaddan danışmaq olar? Hətta Stalin dövründə belə bəraət hökmləri iyirmi faiz civarında idi.

Mən hesab edirəm ki, Rusiyada ölüm hökmünün ləğvi doğru addım sayılmalıdır. Fikrimcə, törətdiyi cinayətdən asılı olmayaraq, insanı yaşamaqdan məhrum etmək düzgün deyil. Bütün bu məsələlər sivil hüquq çərçivəsində tənzimlənməlidir.

Qafqazda mövcud olan qan düşmənçiliyi hamıya məlumdur və bu, artıq tamam fərqli bir institutdur. İslamdan əvvəlki dönəmdə də qan düşmənçiliyi adət halını almışdı. Bilirik ki, əgər qafqazlı bir kişi öldürülübsə və mərhumun qohumları qatili bağışlamayıblarsa, onlar qətl törədənin cəzalandırılması üçün onun həbsdən çıxmasını gözləyirlər. Lakin cəza hüququ Allaha məxsusdur. Ona görə də müstəqil məhkəmə-hüquq sisteminin olmadığı Rusiyada ölüm hökmünün ləğvi doğru addım idi.

Rusiyanın Cinayət Məcəlləsini təhlil etsək görərik ki, cəzaların icrası zonasına düşən adamlar arasında ən uzunmüddətli cəzalar məhz müsəlmanlara verilir. Əgər ölüm cəzası ləğv olunmasaydı, ömürlük həbs cəzasına məhkum edilmiş müsəlmanları çoxdan güllələyərdilər”.

Qafqaz Ömərov

www.yenicag.az

1921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv