Azərbaycan Mərkəzi Bankı (AMB) 10 fiziki şəxsə və 1 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.
Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub və bununla bağlı qərar aprelin 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib.