Hindistanın Uttar Pradeş ştatında güclü yağışdan sonra baş verən hadisələrdə 22 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, ölkə rəsmilərinin açıqlamalarına görə, Hindistanın şimalındakı Uttar Pradeş ştatında aramsız yağan yağışlar çaylarda suyun səviyyəsini artırıb və ştatın 12 rayonunda 600-dən çox kəndi su basıb.
İndiyədək 22 nəfərin öldüyü daşqınlarda 1000 hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb, 800 minə yaxın insan zərər çəkib. Yardım və xilasetmə qrupları 10 mindən çox insanı təhlükəsiz ərazilərə köçürüb.
İsmayıl Bakuvi