“Məni gözün deyil, ürəyin gördüyü könüllərlə bir araya gətirən Rəbbimə şükürlər”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb.
Sənətçi 10 il əvvəl ilk dəfə sosial şəbəkə istifadəçisi olduğu vaxtları xatırlayıb:
“2013-cü ildə İnstaqram səhifəsini açdım və bu vasitə ilə sosial mediayla tanış oldum. Çox təəssüf ki, tanış olaraq qaldım. Çox da içərisinə girə bilmədim. Nə isə, bu qədərinə şükür edirəm. İlk izləyicilərim tanış-biliş, qohum-əqrəba oldu, sonra qəlbimə xoş gələnlər toplandı buraya. Buranın nəyini daha çox sevdim, bilirsiz? Az-az olmağımızı, qəlbdən-qəlbə gedən yolda bizi görüşdürən küçəni sevirəm. Məni gözün deyil, ürəyin gördüyü könüllərlə bir araya gətirən Rəbbimə şükürlər. Bəzən qəlbimdən keçənləri o qədər gözəl ifadə edirsiz ki… Halal edin, yaxşı?”.
Nehru