!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

On minlərlə müəllim işsiz qalacaq? - "Kimlərsə bazar açaraq..." - Təhsil eksperti

!Reklam – Yazi

Təhsil Nazirliyindən verilən məlumata görə, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər mərhələli şəkildə sertifikatlaşdırılacaq. Bəzi müəllimlər isə bu prosesin əleyhinədirlər.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan mexanizm gənc kadrlar üçün geniş imkanlar yaradacaq:

“Təhsil Nazirliyi tərəfindən qəbul olunan qərara görə, müəllimlərin sertifikatlaşdırılması fənnlər üzrə həyata keçiriləcək. İlk növbədə, ibtidai sinif müəllimlərinin sertifikasiyası nəzərdə tutulur. Bunun səbəbi sözügedən kateqoriyaya aid olan müəllimlərin sayının çoxluğudur. Daha sonra riyaziyyat müəllimlərinin sertifikatlaşdırılması prosesinə start veriləcək. Bu prosesin bir çox müsbət təsirləri var. Bu gün ölkəmizdə təxminən 160 min nəfərə yaxın müəllim kontingenti mövcuddur. Onların içərisində müasir təhsil standartlarına cavab verməyən, müvafiq pedaqoji ixtisasları bitirməyən şəxslər də var. Həmin şəxslər sertifikasiya prosesi nəticəsində sıradan çıxacaqlar və əmək müqavilələrinə xitam veriləcək. Sıradan çıxan şəxslərin yerinə isə vakansiya ilə gənc kadrlar cəlb olunacaq. Bununla yanaşı, yeni qərar müəllimlərin öz fənlərinə və dərslərə qarşı məsuliyyətli olmasına şərait yaradacaq.

Sertifikasiya prosesinin tətbiqinə görə bəzi müəllimlərin narazılığı isə başadüşüləndir. İşə yeni qəbul olunan müəllimlərin sertifikasiyadan keçirilməsi doğru yanaşma deyil. Hesab edirəm ki, bu məsələ nəzərə alınacaq. Ümumilikdə, ən azı, 5 illik fəaliyyəti olan müəllimlər daha çox etiraz edirlər və yeni qərarı haqsızlıq kimi qəbul edirlər”.

Sertifikasiya prosesində şəffaflığın qorunmasının vacib olduğunu qeyd edən Elçin Əfəndiyə görə, obyektivliyin olması etimadın qorunması üçün əhəmiyyətlidir:

“Əks halda, kimlərsə tanışlıqla sualları ələ keçirəcək və bu digər müəllimlərin haqqına girməkdir. Bütövlükdə sertifikasiya prosesi təhsilin inkişafına təkan verə bilər. Bununla yanaşı, vakant yerlərin üzə çıxmasında və müəllimlərin işə qəbulunda sayın çoxluğu kimi effektiv nəticələr əldə olunacaq. Yeni qərar təhsil sahəsində sırf müasir tələblərə cavab verən və savadlı müəllimlərin qalmasına səbəb olacaq. Ola bilər ki, 30-40 min müəllim sertifikasiya prosesindən keçə bilməsin. Yaxşı olar ki, prosesə start verilmədən öncə Təhsil Nazirliyi tərəfindən müvafiq proqramlar açıqlansın. Çünki artıq bəzi işbazlar müəllimləri sertifikasiya üzrə hazırlıqlar və vəsait məsələsində qorxu altında saxlayırlar. Kimlərsə səmərəli işdə kapitalist bazar açaraq vəziyyətdən sui-istifadə etmək istəyirlər”.

Gülşən Şərif

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv