“Ona komandada ehtiyac yoxdur” – klubdan qovulan Hənfiyevlə bağlı RƏSMİ AÇIQLAMA

“Neftçi” “Sumqayıt” qarşısında məğlubiyyətin günahkarını tapıb. Mətbuatda yayılan məlumata görə, klub rəhbərliyi baş məşqçini istefaya göndərmək əvəzinə azarkeşlərlə iş üzrə koordinator Kənan Hənfiyevi vəzifəsindən uzaqlaşdırıb. İddiaya görə, buna səbəb “ağ-qaralar”ın azarkeşlərinin “Sumqayıt”la oyunda klub rəhbərliyi və baş məşqçinin ünvanına “istefa” kəlməsini səsləndirmələri olub.

Məsələ ilə bağlı “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi Kənan Hənfiyevin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib:

“Doğrudur, Kənan Hənfiyev vəzifəsindən uzaqlaşdırılıb. Amma o, sözügedən məsələdə günahkar bilindiyi üçün klubdan getməyib. Sadəcə qərar verildi ki, koordinator vəzifəsinə ehtiyac yoxdur, ona görə də bu addımı atdıq. Yəni K. Hənfiyevdən sonra bu vəzifəyə heç kim təyin edilməyəcək”.

Qeyd edək ki, “Sumqayıt”-“Neftçi” oyunu 2:0 hesabı ilə başa çatıb. “Neftçi” bu mövsümü Premyer Liqada medalsız başa vurmağa razılaşıb.

Aygün İlqarqızı
Yeniçağ.az