Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Ona pis cavab verərdim, dəymişi qala-qala, kalı tökülərdi" - Araz Əlizadə

Reklam: Sinerji Pro

“Mən çox istərdim ki, o, Araz Əlizadəyə deyil, Solovyova, Miqranyana, Qurgenyana cavab versin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun onu savadsızlıqda ittiham etməsinə münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.

Azərbaycanlı jurnalist Fuad Abbasovun ötən həftə Rusiya polisi tərəfindən Moskvada saxlanılması ilə bağlı Milli Məclisin deputatı və Rusiyadakı səfirimiz Polad Bülbüloğlu arasında qalmaqal səngimir.

Abbasovun Azərbaycan vətəndaşı olmadığını və Rusiya telekanallarına Polad Bülbüloğlu sayəsində yol tapdığını deyən Əlizadənin bu iddiaları Bülbüloğlunun sərt reaksiyası ilə qarşılanıb. O, deputatı savadsızlıqda və yalan danışmaqda suçlayıb (unikal.org).

Bununla belə, Araz Əlizadə Yenicag.az-a növbəti açıqlamasında öz mövqeyində təkid edərək, Rusiyadakı səfirimizi fəaliyyətsizlikdə günahlandırıb:
“Polad Bülbüloğlu Azərbaycanın yox, özünün səfiridir. Mən çox istərdim ki, o, Araz Əlizadəyə deyil, Solovyova, Miqranyana, Qurgenyana, Babayana cavab verəydi… Amma deyəsən, onlara cavab verməyə cürəti çatmır.

Fuad Abbasovun Türkiyə vətəndaşı olması haqda internet resurslarında məlumatlar olub, həmin məlumatları dəyişdirərək, “Türkiyəli jurnalist”i “Azərbaycan jurnalisti” ediblər.

Ola bilər ki, Fuad Abbasovun pasportunun nümunəsi səfirlikdə var. Çünki çoxu başqa ölkənin vətəndaşlığını alanda, Azərbaycan vətəndaşlığından çıxmır.

Mən Polad Bülbüloğluna pis cavab verərdim, dəymişi qala-qala, kalı tökülərdi… Amma Allahına şükr eləsin ki, o, Azərbaycanı xarici ölkədə təmsil edir.

Nazir olsaydı, cavabını verərdim. Lakin bizim xarici ölkədəki səfirimiz mənim üçün də toxunulmazdır. Çünki o, Azərbaycanın rəmzidir”.

A.Zeynalov

www.yenicag.az

2147