!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öncə bıçaqlandı, sonra avtomobillə vuruldu - Ağstafada

!Reklam – Yazi

Ağstafa rayonunda bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.

Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv