Öncə həyat yoldaşını, sonra özünü bıçaqladı

Göyçay rayon sakini həyat yoldaşını ailə münaqişəsi zəmində bıçaqlayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində Heydər Əliyev parkında baş verib.

1976-cı il təvəllüdlü Kürdəmiş kənd sakini Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızını bıçaqlayıb, daha sonra isə özünə bıçaq xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

COP29