“Ondan üzr istəməyə hazıram” – Kərim KİMİNLƏ KÜSÜLÜDÜR?

“Ondan üzr istəməyə hazıram, təki könlünü ala bilim”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Həmin Zaur” verilişində deyib.

Sənətçi “kiməsə qarşı səhvlərin olubmu” sualını cavablandırıb:

“Səhvlərim olub. İnsan kiməsə qarşı səhv edirsə, üzr istəməyi də bacarmalıdır. Var elə bir insan ki, ondan üzr istəmək istəyirəm. Amma adını deməyəcəyəm kimdir. Ondan üzr istəməyə hazıram, təki onun könlünü ala bilim”.

“Həmin adam kişidir, ya xanım?” – Aparıcının sualına Kərim belə reaksiya verib: “Əlbəttə xanımdır, mənim kişi ilə nə işim var?”

Nehru