Önəmli toplantıdan sonra Ərdoğandan kritik Baxçalı ziyarəti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.

Paylaşımda, “Prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalını evində ziyarət edib”, – deyə qeyd edilib.

Ərdoğanın Baxçalını Yüksək Hərbi Şura (YAŞ) toplantısından sonra ziyarət etməsi də maraq doğurub.