!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onkoloq: “Təbəssüm Məmmədovanın 20 faiz sağalma ehtimalı vardı”

!Reklam – Yazi

“Xəstə iyunun 8-də ağır vəziyyətdə xəstəxanaya daxil olub”.

Yenicag.az-ın xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının tibbi onkoloqu Altay Əliyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, pasiyent xəstəxanaya çəki itkisi və qanqusma ilə müraciət edib:

“Qarın boşluğu, ağciyərdə və qarın boşluğunda ləkələr görünüb. Bundan əvvəl başqa klinikalara müraciət edilsə də, diaqnoz qoyula bilməyib. Bizim xəstəxanada xəstədən biopsi götürüldü və ona “koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Xəstə yaxınlarına mövcud vəziyyət, yəni xəstəliyin ağırlığı barədə ətraflı məlumat verilib”.

Həkim bildirib ki, bu, nadir xəstəlikdir və pasiyentin sağalması 20 faiz mümkün olur:

“Onkologiyada bu, çox az faiz olsa da, xəstə yaxınları üçün çox böyük ümid idi. Biz 8 iyunda ilk kimyaterapiyaya başladıq. Həmin gün qanaxma, qanqusma artdı. Müalicə prosesinə baxmayaraq, 17 gün içərisində xəstəni itirdik. Ailə yaxınlarına başsağlığı diləyirəm”.

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv