Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Onlar da boşandılar

ata_3fj473636Türkiyənin ən populyar komik aktyorlarından olan Ata Demirer ilə həyat yoldaşı, aktrisa Özge Borak dünən boşanıblar.

Bu xəbəri ilk yayan isə Ö.Borakın Twitter-dəki profilini 20 gün əvvəl “sındırmış” haker olub.

A.Demirer boşanması ilə bağlı yazılı açıqlama yayıb: “3 il davam edən nikahı və ailəmizi qarşılıqlı şəkildə, dostyana duyğularla başa vurmağa qərar verdik”.

20 gün əvvəl Ö.Borakın Twitter-dəki profilində yazılmışdı: “Boşanmağa qərar verdik. Bu yaşda xəyanətə məruz qalacağım ağlıma da gəlməzdi. Ərim mənə Serra Yılmazla xəyanət edir”.

Ata Demirer və xanımı profilə haker hücumu olduğunu söyləmişdilər.

Ata Demirer və Özge Borak 2009-cu ildə, “Eyvah Eyvah 1” filminin çəkilişlərində tanış olmuşdular.

Ö.Borak o dönəmdə Bülent Şakrakın xanımı idi.

www.yenicag.az

492
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100