!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlar ən sərt formada cəzalandırılmalıdır – Umud Mirzəyev

!Reklam – Yazi

photo_9825“Nardaranda baş verənlər ürəkaçan hadisələr deyil və dövlətçiliyimizə, Azərbaycanımıza qarşı bir təhdiddir”.

Bu sözləri Reaksiya.az-a Nardaran hadisələrini şərh edərkən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) regional şöbəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib.

O. vurğulayıb ki, bu gün Azərbaycan daha möhkəm, bütöv olmalıdır. Nardaranda baş verən hadisə və müəyyən bir insident nəticəsində insanlar həyatını itirib: “Mən çox təəssüf hissi ilə qarşılayıram bugünki hadisəni. İstərdim ki, günahkarlar tezliklə cəzalandırılsın. İnsanlarımızı ağılla hərəkət etməyə çağırıram, yad çağırışlara, cəmiyyətimizi narahat edən, üzüntüyə sürükləyən addımların atılmasına imkan verməsinlər. Bu yoldan çəkinsinlər. Ən azından, bu gün dünyada baş verən hadisələr də bizi qətiyyət, bütövlük nümayiş etdirməyə söqv edir. Təkcə jurnalistlər yox, ən siravi insan belə bizim vətəndaşımızdır. Polislərimizin həlak olması çox pis hadisədir. Bu baş verənləri qəti şəkildə qınayıram. Silahların əldə olunması ilə bağlı aidiyyatı qurumlarımız çox ciddi şəkildə araşdırma aparmalıdır. Cinayətkarlar, silahı əldə etmiş qurumlar, insanların qarşısı alınmalıdır. Həmin şəxslərin silahı əldə etməsinə şərait yaradan havadarları da var. Onlar ən sərt formada cəzalandırılmalıdır”.

U.Mirzəyev vurğulayıb ki, belə bir həssas məqamda informasiya paylaşımlarına diqqət yetirmək lazımdır: “Medianı təmkinli olmağa çağırıram, dəqiq və obyektiv infomasiyalar verilməlidir. Yanlış informasiyaların sosial şəbəkələrə ötürülməsi, paylaşılması qətiyyən yolverilməzdir. Azərbaycan jurnalistikası öz ayıqlığını, sayıqlığını qorumalıdır. İnsanları qarşı-qarışıya qoyan informasiyalar verilməməlidir. Bu situasiyadan Azərbaycanı istəməyən qüvvələr də istifadə edə, öz mənafelərinə uyğun informasiyalar götürə bilərlər”.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv